Avropa Liqasının qrup mərhələsində mübarizə aparan "Qarabağ" klubu “Düdelanj”la səfər oyununda təxribatla üzləşib.
Metbuat.az xəbər verir ki, Azərbaycan təmsilçinin vurduğu ikinci qoldan sonra meydana dronla Qarabağ separatçıların qondarma "bayrağı qaldırılıb. Futbolçularımız buna etirazlarını bildiriblər. Qarşılaşmanın baş hakimi oyunu müvəqqəti dayandırıb.
Bundan başqa erməni təxribarı ilə əlaqədar Lüksemburqun İdman naziri Dan Kerş Azərbaycan tərəfindən üzr istəyib.
O, baş verən hadisənin Lüksemburqa aidiyyatı olmadığını bildirib.