"Qarabağ" Avropa Liqasının ikinci turu çərçivəsində Lüksemburqda "Dudelanj"la oyunda erməni təxribatı ilə qarşılaşıb.

"Qarabağ" matçın 30-cu dəqiqəsində rəqib qapısından ikinci qolu keçirdikdən dərhal sonra dronla meydanın mərkəzinə Qondarma Dağlıq Qarabağın bayrağı endirilib.

Bu olaya sərt reaksiya verən futbolçularımız dronu topla vurmağa cəhd ediblər. Etirazlar oyunda uzun fasiləyə səbəb olub. Matç 20 dəqiqə sonra qaldığı yerdən davam edib.

Qeyd edək ki, "Qarabağ" ilk hissəni 0:3 hesablı üstünlüklə başa vurub.

Milli.Az-in Lüksemburqda ezam olunmuş xüsusi müxbiri erməni təxribatını lentə alıb.

Milli.Az bu və digər vacib kadrları özündə əks etdirən VİDEOnu təqdim edir:

Təhməz Təkin
Milli.Az