Xəbər verdiyimiz kimi, Lüksemburqda Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Dudelanj" - "Qarabağ" matçında erməni təxribatı yaşanıb.

Metbuat.az xəbər verir ki, "Qarabağ" 2-ci qolu vurduqdan sonra qarşılaşmanın keçirildiyi stadiona dronla qondarma Dağlıq Qarabağ rejiminin bayrağı endirilib.

Bu təxribatı törədən erməni gənclərin "First Armenian Front /FAF ultras/" adlı qrupun nümayəndələri olduğu məlum olub.

Stadiona qondarma rejimin bayrağını endirən şəxslərin tapılaraq cəzalandırılması ilə bağlı iş aparılır. (baku.ws)

  "Qarabağ"ın oyununda təxribat törədənlər məlum oldu -