"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bununla da o, ölkədə ən böyük jekpota sahibi olub.
Qalib beş əsas nömrə və iki "xoşbəxt ulduz"u tapmağa nail olub.
Əvvəlki rekord 2011-ci ildə qeydə alınıb. Həmin vaxt Şotlandiyadan olan cütlük 161 milyon funt udub.
"EuroMillions"-un birinci lotereya oyunu 2004-cü ilin 13 fevralında üç ölkədə - Fransa, İspaniya və Böyük Britaniyada keçirilib.
2004-cü ilin oktyabrında lotereyaya daha altı ölkə - Lüksemburq, Belçika, İsveçrə, Portuqal, İrlandiya və Avstriya qoşulub. Uduşlara yalnız İsveçrədə vergi rüsumu tutulur.
Bir lotereya biletinin qiyməti 2,5 avrodur. Lotereya oyunçularının sayı təxminən 200 milyon nəfərdir.