Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.
Metbuat.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edəcək.
Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olacaq. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı. Bu baxımdan bugünkü görüş "Qarabağ" üçün revanş da sayıla bilər.
A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.
Millimizin sabiq üzvü Bəxtiyar Musayev "qol.az" saytına açıqlamasında "APOEL"in "Qarabağ"la matça son oyun kimi baxdığını bildirib: "Bu oyun "Qarabağ" üçün ən vacib tarixi görüşlərdən biridir. Evdəki oyun "Qarabağ"ın qrupdan çıxmaq şanslarını bəlli edəcək. Həddindən artıq çətin matç olacağını düşünürəm. Komandalar bir-birilərinə layiqli rəqibdirlər. APOEL də "Qarabağ" üçün asan rəqib deyil. Düşünürəm ki, qrupda ikincilik uğrunda mübarizə son tura qədər davam edə bilər.
Könül istərdi ki, APOEL-lə 2 oyundan sonra da böyük üstünlük əldə edək. Amma məncə, qrupun son oyununa qədər 2-ci məlum olmayacaq. "Qarabağ"ı qarşıda çox çətin oyunlar gözləyir. APOEL rəsmiləri, həm də azarkeşləri bu oyuna son oyun kimi baxırlar. Görünür, onlarda motivasiya da çox yüksəkdir. Ümid edirəm ki, sonda gülən tərəf "Qarabağ" olar və oyunu qələbə ilə başa vurar".
24 oktyabr
Avropa Liqası
A qrupu
20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)
Qeyd edək ki, Azərbaycanda mərc oyunlarının yeganə qanuni elektron ünvanı Etopaz Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qarabağ” – APOEL matçı üçün əmsalları açıqlayıb. Ağdam klubunun qələbəsinə 2.00, Nikosiya təmsilçisinin qələbəsinə 3.20, heç-heçəyə isə 3.15 əmsal verilib.
"Qarabağ" APOEL-dən qisas almağa çalışacaq
Həmçinin oxu
Cəmi 23 gün vəzifədə qaldı - FOTO
metbuat.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İlham Əliyev Dublində zirvə toplantısına gəldi - FOTO
Bu gün
·
15:25
Baş nazirin müavininə vəzifə verildi - QƏRAR
Bu gün
·
15:18
Cəmi 23 gün vəzifədə qaldı - FOTO
Bu gün
·
15:04
Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
Bu gün
·
14:35
Braziliyada portağal şirəsi ehtiyatı rekord həddə çatdı
Bu gün
·
14:23
Vəfat edən rəisin yerinə təyinat - FOTO
Bu gün
·
14:16
Generalın qızı məhkəməyə gətirildi
Bu gün
·
14:00
Hakimi təhqir edən futbolçu cəzalandırıldı
Bu gün
·
13:36
Azərbaycanın Avropa Siyasi Birliyində aktiv iştirakı: tərəflər nə qazanır?
Bu gün
·
13:18
Şəhla Mahmudova agentliyə direktor təyin edildi
Bu gün
·
13:12
Əməkdar artistin nəşi Azərbaycana gətiriləcək
Bu gün
·
12:50
İki qurum birgə əməliyyat keçirdi - VİDEO
Bu gün
·
12:28
Biz ilanmələyən çölləri cənnətə çevirən adamlarıq…
Bu gün
·
12:22
Noyabrın 13-nün havası açıqlandı
Bu gün
·
12:20
Noyabrın pensiyaları bu tarixdə ödəniləcək
Bu gün
·
12:05