Banqladeşin Çittaqonq şəhərində beşmərtəbəli binada partlayış baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli vaxtla saat 8:30 radələrində binanın birinci mərtəbəsində qaz xəttində baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 8 nəfər xəsarət alıb. Yalananlar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Milli.Az