Türkiyənin Tekirdağ şəhərində qanunsuz miqrantlara qarşı əməliyyat keçirilib.

Metbuat.az xəbər verir ki, əməliyyat nəticəsində ölkəyə qanunsuz yolla daxil olmuş 26 xarici ölkə vətəndaşı saxlanılıb. Onlardan 17 nəfəri Pakistan, 9-u Banqladeş vətəndaşıdır.

Saxlanılan şəxslər Türkiyədən başqa ölkələrə keçmək istədiklərini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır.