Bakı. Trend:

Banqladeşin paytaxtı Dəkkədə fabrikdə yanğın olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, fabrikdə yanğın nəticəsində azı 10 nəfər həlak olub.

Bildirilir ki, yanğın yalnız 2 saat sonra nəzarət altına alınıb. Yanğının səbəbi hələki məlum deyil.

İnsidentin digər təfərrüatları barədə məlumat verilmir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin