Türkiyənin Tekirdağ şəhərində ölkəyə qanunsuz yollarla daxil olmuş 26 miqrant saxlanılıb.

Publika.az xəbər verir ki, onlardan 17-si Pakistan, 9-u isə Banqladeş vətəndaşıdır. Saxlanılanların qanunsuz yollarla Türkiyədən başqa ölkələrə keçmək istədikləri bəlli olub.

Miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.