Hindistandakı “Vətəndaşlıq qanunu”na etirazlar davam edir. Ölkənin cənubundakı Manqaluru şəhərində ölənlərin sayı səkkizə çatıb.

Publika.az xəbər verir ki, hökumət dörd nəfərdən artıq qrup halında gəzməyi qadağan edib.

Hindistanda ara qarışdı - Küçəyə çıxmağa icazə verilmir

Paytaxt Dehli ilə birlikdə Uttar Pradeş və Karnataka ştatlarında mitinq qadağası elan edilib. Bəzi bölgələrdə isə küçəyə çıxmağa icazə verilmir.

Hindistanda ara qarışdı - Küçəyə çıxmağa icazə verilmir
Yeni qanuna görə, Pakistan, Banqladeş və Əfqanıstandakı dini təzyiqdən qaçan buddist, siqh və xristianlar Hindistanda 6 ildən uzun müddətdir yaşadıqlarını sübut etmələri halında vətəndaşlıq əldə edə biləcək. Eyni mövqedəki müsəlmanlar isə qanundan kənarda qalıb.

Məhərrəm Əliyev