"Report" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən verilən açıqlamada bildirilib.
Pompeonun sözlərinə görə, Müdafiə nazirinin adı Venesuelada insan hüquqlarının kobud şəkildə pozulmasında iştirak etdiyinə görə sanksiya siyahısına daxil edilib.
Sanksiyaya həmçinin generalın iki övladının adı da daxil edilib. Sanksiya ABŞ-a səfəri qadağan edir.