Rusiyanın Əməkdar artisti, müğənni Dima Bilan ayağından əməliyyat olunub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

İfaçının sözlərinə görə, bu, ilk cərrahi müdaxilə deyil. O, ötən il ayağı da daxil olmaqla, iki dəfə əməliyyat keçirdiyini qeyd edib.

Müğənni 2019-cu ilin onun üçün ağır keçdiyini əlavə edib.

Milli.Az