“Barselona” braziliyalı futbolçu Rafinya ilə müqavilənin müddətini daha iki il uzadıb.

Metbuat.az xəbər verir ki, klubun yaydığı rəsmi açıqlamada 29 yaşlı hücumameyilli oyunçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilənin imzalandığı bildirilib.

Qeyd edək ki, Rafinya 2022-ci ildən Kataloniya klubunun formasını geyinir və bu müddətdə üç dəfə La Liqanın, üç dəfə İspaniya Superkubokunun, bir dəfə isə ölkə Kubokunun qalibi olub.