Amerikalı müğənni və aktrisa Rihanna Nyu-Yorkda yeni geyim kolleksiyasının təqdimatında "The Cut" nəşrinin jurnalistinə 14 fevral - Müqəddəs Valentin gününü kiminlə keçirəcəyini açıqlayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ifaçının cavabı belə olub:
"Mən studiyada olacağam. Bu səbəbdən çox həyəcanlanıram. Deyə bilmərəm, kiminlə çalışıram, amma mən onunla çoxdan mahnı yazdırmaq istəyirdim".
Daha sonra Rihanna özünü saxlaya bilməyib və etiraf edib: "Yaxşı, deyəcəyəm sizə. Bu, Farrell Uilyamsdır".
Milli.Az