Kanada Baş naziri Castin Trüdonun həyat yoldaşı koronavirusa yoluxub.
Metbuat.az xəbər verir ki, rəsmi açıqlamada Sofia Qreqori Trüdonun "Covid-19" testinin pozitiv çıxdığı bildirilib. Onun vəziyyətinin yaxşı olduğu və 14 gün karantində saxlanılacağı qeyd edilib.
Qeyd edək ki, Sofia Qreqori Trüdonun karantinə alınması ilə bağlı dünən məlumat verilmişdi.
Mənbə: bbc.com