Orucu pozan 10 əsas qayda hansıdır? - İllahiyyatçı açıqladı

Metbuat.az-n yeni layihəsi olan "Ramazan-i Şərif"də müqqədəs ayda doğru bilinən yalnışlar, düzgün qidalanma qaydaları, həmçinin gündəlik dualar barədə xəbərdar olacaqsınız.

11 ayın sultanı olan Ramazan günlərində, İllahiyatçı Hacı İlham Məhərrəmov hər gün üç sualı cavablandırıb, oruc tutan şəxsləri məlumatlandıracaqdır.

Ramazanın ilk imsakında Tanrı oruc tutan insanı bütün günahlarından bağışlayır?

Bismillahir-Rahmənir-Rahim! Peyğəmbərimiz və onun əhli-beytindən bizim dövrə gələn hədislərə əsasən, mübarək Ramazan ayında bərəkət, məxfirət, rəhmət qapıları bəndələrinin üzünə açılır. Əgər bir müsəlman imsak vaxtına qədər niyyət edib, Allahın buyurduğu qaydalara əməl edərsə Tanrı onu dünyaya gəlmiş körpə kimi tərtərmiz pak edər. Allah o şəxsi öz bərəkətində məxfirətində, rəhmətində cəm edir. Ona görə də bütün müsəlmanlar oruc tutub sidqi niyyət ilə Allah qapısına doğru əllərini açarsa bütün günahları bağışlanacaqdır''.

Müsəlman ölkələrində iftar süfrələri

İftar süfrəsində söhbət etmək olarmı?

''Din baxımdan iftar süfrəsində söhbət etməyin qadağası yoxdur. Oruc tutanlar süfrədə birlikdə söhbət edə bilərlər. Amma peyğəmbərimizdən(s.a) bizim dövrə qədər gələn hədislərə görə, dua edilən vaxtı bəndənin sidq qəlbdən Tanrıya qollarını açıb dua etməsi daha gözəl olardı. Çünki Ramazan ayında dualar, Allahın dərgahında daha tez qəbul olunur.

Hansı halda oruc tutanın orucu pozula bilər?


''Şəriətdə qeyd olunur ki, orucu on əsas vəziyyət pozur. Birinci səbəb yeməkdir. Əgər insan bilərəkdən yeyərsə o zaman orucu pozulmuş olacaqdır. İkinci isə su yəni hər hansı bir maye qəbul etməkdir. Üçüncü səbəb qatı tozun boğaza daxil olmasıdır. Dördüncü səbəb cənabət qüsulu ilə qadının heyz olmağıdır. Beşinci isə istimnadır (Spermanın xaric olmasına şərait yaratmaq). Altıncı səbəb imalədir. Yeddinci səbəb qusmaqdır. Bir kəs qəsdən ağız dolusu qusarsa orucu pozulur və qəzasını tutmaq vacib olur. Əgər oruc olduğunu unutmuş olarsa, ağız dolusu olmazsa, qida deyil bəlğəm qusarsa, bu halların heç birində orucu pozulmaz.

Oruc tutan adama nə olar, nə olmaz? (Orucu pozan işlər)

Bir kəs Ramazan orucu xaric, digər bir orucu bilərəkdən pozsa sadəcə qəzasını tutması lazımdır. Əgər sizin başınız ağzınıza su girəcək qədər suya daxil olursa bu zaman orucunuz pozulmuş sayılacaqdır. Doqquzuncu səbəb odur ki, əgər bir şəxs Allah və peyğənbərin, islamdan öncəki digər bütün peyğənbərlərin həmçinin əhli-beytin adından yalan danışıb, Qurani-Kərimdən yalnış bir hədis və ya dua deyərsə bu halda onun orucu batil sayılacaqdır''.

Ramazan ayının 8-ci gününün duası:

"Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin".

Tərcüməsi:

"İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu mənə nəsib et. Fəzl və bəxşişinə and verirəm, ey arzu edənlərin pənahı!"

Allah orucunuzu qəbul etsin!


Hazırladı: Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI