Açılış mərasimindən sonra tədbirin gündəliyi təsdiqlənib.
Səfər çərçivəsində mədəniyyət və turizm naziri UNWTO-nun baş katibi Taleb Rifai ilə görüş keçirib və təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Nazir Ə.Qarayev UNWTO–nun Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna yüksək tərəfdaşlığına görə baş katibə təşəkkürünü bildirib.
Xatırladaq ki, "Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları" mövzusunda iki gün davam edəcək sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunmasıdır.