İtaliyada ötən ilin avqust ayında infarkt keçirərək komaya düşən 37 yaşlı qadın ayılıb.

Metbuat.az xəbər verir ki, komadan ayılandan sonra onun ilk sözü “ana” olub. O, 3 dəfə ana deyib. Qadının ana deməsi həkimləri də duyğulandırıb.

Məlumata görə, qadın komaya düşərkən 7 aylıq hamilə olub.

Lakin həkimlər dərhal suni doğuş edərək, uşağı da xilas edib. Uşağın səhhəti normaldır.