Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 61,1 milyon dollar dəyərində tütün və tütün məmulatları ixrac edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkənin tütün ixracından gəliri illik müqayisədə 18 milyon dollar çoxdur.
Əlavə edək ki, bu dövrdə tütün ixracı Azərbaycanın ümumi ixracının 0,26%-ni təşkil edib.