Ulduz futbolçu Kriştianu Ronaldonun het-trik etdiyi matçda Portuqaliya Lüksemburqu 5-0 hesabı ilə məğlub edib.

Metbuat.az xəbər verir ki, Portuqaliyanın ev sahiblik etdiyi qarşılaşmada Ronaldodan başqa digər iki qolu Bruno Fernandes və Palhinha vurub.

Bununla da, Portuqaliya 16 xalla A qrupunda ikinci pillədə qərarlaşıb. Serbiya seçməsi 17 xalla liderdir. Lüksemburq 6 xalla 3-cü, İrlanda 5 xalla 4-cü, Azerbaycan isə 1 xalla sonuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, 36 yaşlı Ronaldo milli karyerasında 10-cu dəfə het-triklə meydanı tərk edib. Dünya Çempionatının seçmə mərhələsində 36 qol vuran Ronaldonun karyerasında het-triklərin ümumi sayı 58 olub.