19 yaşadək futbolçulardan ibarət Azərbaycanın millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu başa vurub.

Metbuat.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçisi olduğu kollektiv 8-ci qrupdakı 3-cü sınağında Lüksemburq yığması ilə qarşılaşıb.

Vilts şəhərindəki "Poetz" stadionunda oynanılan görüş Azərbaycanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Yığmanın heyətində qolları 23-cü dəqiqədə Mirmövsüm Canıyev və 77-ci dəqiqədə Mehrac Baxşəli vurublar.

Beləliklə, ilk iki qarşılaşmada Belçika və İspaniyaya uduzan milli komanda bu qalibiyyət sayəsində qrupu 3-cü sırada başa vurub.