18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatındakı rəqibləri bəlli olub.
Metbuat.az xəbər verir ki, komanda C divizionunun B qrupunda Ermənistan, Cəbəllütariq, Moldova və Lüksemburqla mübarizə aparacaq.
Qeyd edək ki, qarşılaşmalar San-Marinonun Serravalle şəhərində, 24-31 iyul tarixlərində keçiriləcək.
