Kubanın paytaxtı Havana şəhərinin mərkəzindəki “Saratoqa” otelində partlayış baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Kuba hökuməti məlumat yayıb.
Məlumatda bildirilib ki, hadisə nəticəsində 22 nəfər ölüb, 64 nəfər zərərçəkən var, onlardan 14-ü azyaşlıdır.
Faciənin qaz sızması səbəbindən baş verməsi ehtimal olunur.