Azərbaycan Xarici İşlər Nazirliyi BMT-ni yaranmasının 77-ci ildönümü münasibətilə təbrik edib.
Metbuat.az xəbər verir ki, bu barədə Nazirliyin tviter hesabında paylaşım edilib:
"Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan fəal və etibarlı üzv kimi BMT mexanizmlərinin davamlı müdafiəçisi olub, beynəlxalq sülhün və təhlükəsizliyin, eləcə də davamlı inkişafın qorunması üçün bütün səylərini göstərib".
Xatırladaq ki, Birləşmiş Millətlər Təşkilatı 1945-ci il oktyabrın 24-də beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün yaradılmışdır.