"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin "Azərbaycan" İstilik Elektrik Stansiyasının 7-ci və 8-ci enerji bloklarının gücü 3 dəfə artırılacaq.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlərin həyata keçirilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamında qeyd edilir.

Sərəncama əsasən, "Azərbaycan" İES-in mövcud avadanlıqlarına əlavə müasir texnologiyalar tətbiq edilərək, 600 MVt gücündə olan 7-ci və 8-ci enerji bloklarının gücünün daha 1280 MVt artırılması nəzərdə tutulur.

İES-in modernizasiyası ilə əlaqədar rasional modernləşmənin həyata keçirilməsi iqtisadi, texniki, enerji sisteminin etibarlılığı, dayanıqlılığı və təhlükəsizliyi cəhətdən zəruridir.