Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Çexiya, İraq, İsrail və İsveçin Azərbaycandakı səfirlərini qəbul edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazir tviter hesabında paylaşım edib.
O, görüşlərdə Azərbaycanla bu ölkələr arasında mövcud və perspektiv əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib.