Şəmkir rayonunun Çinarlı qəsəbəsində ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.