"Azyaşlılarla bağlı zorakılıq məzmunlu məlumatları, görüntüləri yaymayın. Bu tövsiyədir, xahişdir".
Metbuat.az xəbər verir ki, bu sözləri DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev deyib. O, bildirib ki, anlaşılandır ki, bu məlumatları yaymaqda məqsəd tədbirlərin görülməsidir. Lakin, hər bir fakt üzrə Daxili İşlər Nazirliyi tərəfindən bütün zəruri tədbirlər görülür, daxil olan məlumatlara çevik reaksiya verilir:
"Hansısa sual varsa bunu açıq platformada yox, şəxsidə soruşub aydınlaşdıra bilərsiniz.
DİN-in sosial şəbəkə seqmentləri və zəng mərkəzləri fasiləsiz fəaliyyət göstərir. Nazirliyin növbətçi hissələrinə daxil olan bütün məlumatların mətbuat xidmətinə fasiləsiz inteqarasiyası təmin olunur", - məlumatda qeyd edilib.