Məktəblilərin ödənişsiz nəqliyyatda gediş gəlişi mümkündür?
Metbuat.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Xəzər" telekanalında yayımlanan "Xəbər Ertəsi"də gediş haqqı 60 qəpik olan yeni istifadəyə veriləcək E1 ekspres marşrut xəttindən danışarkən bu barədə də danışıb cavablandırıb.
Agentlik rəsmisi bildirib ki, gediş haqqı və güzəştlərin tətbiq olunması agentliyin səlahiyyətində deyil:
"Agentlik sadəcə bu istiqamətdə qəbul olunan qərarları icra edən qurumdur. Əgər müvafiq qurumlar tərəfindən belə bir qərara verilərsə, onun icrasının təmin olunması üçün addımlar atılacaq".
Verilişin aparıcısının BNA olaraq belə məsələni müvafiq qurumlar qarşısında qaldırmaq ehtimalı ilə bağlı sualı da cavablandırılmayıb.
Qeyd edək ki, Bakubus avtobuslarında 6 yaşdan yuxarı uşaqların ictimai nəqliyyatdan ödənişli istifadəsi etməsi haqda xüsusi lövhələr var.