Bu ilin yanvar-oktyabr aylarında Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Metbuat.az-a Azərbaycan Respublikası Dövlət Neft Fondundan verilən məlumata görə, AÇG yatağı üzrə göstəricilər 7 528 mln. ABŞ dolları təşkil edib.

Şahdəniz yatağından (qaz və kondensat) isə 1 209 mln. ABŞ dolları gəlir əldə edilib.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 328,567 mln. ABŞ dolları olub.