Azərbaycanda səfərdə olan zaman qəzasına düşərək xəsarət alan Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın və partiyanın istanbullu deputatı Şamil Ayrımın son durumu bəlli olub.

Metbuat.az-ın xəbərinə görə, bu barədə Türkiyənin vitse-prezienti Fuat Oktay tviterdə məlumat verib.

O, B.Yıldırımı və Ş.Ayrımı müalicə aldıqları xəstəxanada ziyarət edib və hər ikisinin vəziyyətinin yaxşı olduğunu bildirib.