“Sabah” futbol klubu baş məşqçisi Murad Musayevlə yeni müqavilə bağlayıb.
Metbuat.az xəbər verirki, anlaşmaya əsasən, rusiyalı mütəxəssislə cari mövsümün sonunda bitəcək müqavilə müddəti daha bir il – 2024-cü ilin may ayına kimi uzadılıb.
“Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov yeni müqavilə ilə bağlı deyib:
“Murad Musayevlə yeni müqavilə bağladığımıza görə çox şadam. Komandamız Musayevin rəhbərliyi altında günü-gündən inkişaf edir. Bu, sərgilənən futbolda özünü açıq şəkildə göstərir. O, komandaya bizim klub olaraq arzuladığımız futbol fəlsəfəsini aşılayır. İnanıram ki, yeni anlaşma hər iki tərəf üçün uğurlu olacaq və birlikdə öz hədəflərimizə çatacağıq”.
Murad Musayev də klubun bir parçası olduğuna sevindiyini qeyd edib: "Addım-addım daha da güclənməliyik. Qarşıda görülməli olan çox iş var. Hər gün ürəklə çalışaraq, bundan sonra da azarkeşlərimizi sevindirməyə çalışacağıq".
Qeyd edək ki, Musayev 2021-ci ilin 30 oktyabr tarixindən “Sabah”ın baş məşqçisidir. Komanda onun rəhbərliyi altında keçirdiyi 33 oyunun 20-dən qələbə ilə ayrılıb.