Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstana işgüzar səfərə gedib.
Metbuat.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Qeyd olunub ki, Baş nazir Əli Əsədov Qazaxıstanın Baş naziri Alixan Smailovun dəvəti ilə MDB Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün oktyabrın 27-də Astanaya işgüzar səfərə gedib.