Bu gün Bakıda fəaliyyətə başlayan E1 ekspres marşrut xəttində gediş haqqı daha əvvəl elan edildiyi kimi 60 qəpik deyil 50 qəpik olacaq.

Metbuat.az-a bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilir ki, bu addım E1 xəttinin cəlbediciliyini daha da artırmaq və vətəndaşların qanunsuz sərnişindaşımalardan çəkindirmək məqsədilə edilib.