Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin Azərbaycandakı səfiri Corc Dik ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail səfiri tviterdə məlumat verib.

O, H.Hacıyevlə ikitərəfli və regional məsələlər üzrə fikir mübadiəsi aparmaqdan məmnunluğunu bildirib.