Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin qabaqcıl texnologiya şirkətlərindən olan “HAVELSAN”ın regional meneceri Erhan Kanat ilə görüşüb.
Metbuat.az Agentliyə istinadən xəbər verir ki, görüşdə proqram təminatı, texnoloji həllər sahəsində Azərbaycan startapları və şirkət arasında mümkün əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.