Azərbaycanda polis əməkdaşı ehtiyatsızlıqdan açılan atəş nəticəsində ölüb.

Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.

Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb.