AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.

Metbuat.az bu barədə milli assosiasiyaya istinadən xəbər verir.

Bu barədə qərar UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin iclasında verilib.

Qeyd edək ki, Cahangir Həsənzadə "Neftçi", "Qarabağ", "İnter Bakı", "Qəbələ" kimi klublarda iştirak edib.