Bakıda yanacaq-sürtkü məhsulları saxlanılan anbar yanır.
Metbuat.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yanacaq-sürtkü məhsulları saxlanılan anbarda yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.