Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub.

Metbuat.az xəbər verir ki, avronun məzənnəsi 0,01 % artaraq 1,8101 manat, Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0264 manat təşkil edib.

Türkiyə lirəsinin məzənnəsi isə azalaraq 0.0912 manat olub.