Bakı şəhərinin Qaradağ rayonunda "Mercedes" markalı minik avtomobili dəmir maneəyə çırpılıb.

Bu barədə Metbuat.az-a FHN-dən məlumat verilib.

Məlumata görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.