"Çılpaq parti" Rusiyanı qarışdırdı: Putin dəliyə döndü - FOTO

Rusiyanın paytaxtı Moskvada keçirilən “çılpaq gecə”yə partisinə etirazlar səngimir.

Metbuat.az xəbər verir ki, sosial media fenomeni və teleaparıcı Nastya İvleevanın Moskvadakı “Mutabor” gecə klubunda təşkil etdiyi parti ölkəni qarışdırıb. Rusiyanın minlərlə hərbçisi cəbhə xəttində vuruşarkən belə əyləncənin təşkil edilməsi narazılıq yaradıb. “Çılpaq parti” konsepti ilə hazırlanan və qonaqların çılpaq gəlməsinin tələb edildiyi partinin görüntülərinə dövlət və hökumət nümayəndələrindən də etirazlar edilib.

Nüfuzlu şəxslərin də qatıldığı partiyə Prezident Vladimir Putin də sərt reaksiya verib. Ölkənin LGBTİ+ qanunlarını pozduğu iddia edilən partidə homoseksual təbliğat apardıqları da iddia edilib. Etirazlardan sonra təşkilatçılar və partidə iştirak edənlər üzr istəyib. Putinin xaç qızı kimi tanınan iş adamı Kseniya Sobçak da üzr istəyənlər arasında olub. Üzr istəyənlər arasında müğənni Filipp Kirkorov da olub. 56 yaşlı Kirkorovun Rusiya liderinin mətbuat katibi Dmitri Peskovdan şəxsən üzr istədiyi açıqlanıb.

“Eurovision”da iştirak edən Dima Bilan “Xalqımızın, hətta cəbhədə bizi qoruyan əsgərlərimizin qəzəbini çox yaxşı anlayıram” deyə bildirib. Partiyaya yüz minlərlə dollar dəyərində zinət əşyaları ilə qatılan İvleyeva haqqında istintaq başladılıb. Rusiya hakimiyyəti İvleyevaya qarşı vergi araşdırmasına başlayıb. İvleevanın günahı sübuta yetirilərsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR