"Mançester Yunayted" "Liverpul"un gənc ulduzu Raheem Sterlinqə elçi düşüb.

Anspress-in məlumatına görə, "qırmızı şeytanlar" 20 yaşlı yamaykalı futbolçu üçün 30 milyon avroluq təklif irəli sürüblər.

"Mançester Yunayted" baş məşqçi Lui van Qaalın israrla istədiyi Sterlinq üçün bundan əvvəl də rəsmi təklif göndərmişdi. Lakin "Liverpul" həmin təklifdən imtina etmişdi.

Ötən ay İngiltərə mətbuatına açıqlama verən Sterlinq: "Hər il Çempionlar Liqasında mübarizə aparan və Premyer Liqada çempionluğa oynayan komandaya getmək istəyirəm. Hədəfim bütün kubokları qazanmaqdır", - demişdi.

Milli.Az