Biləsuvarda bu gün saat 15:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan iki kişi, bir qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, onlara bədənin müxtəlif nayihələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda hər birinin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.