İmişlidə hamilə qadın xəstəxanada ölüb.

Metbuat.az Apa-ya istinadən xəbər verir ki, İmişli rayonunun Cəfərli kənd sakini, 1983-cü il təvəllüdlü Hətəmova Mirvari Əbülfət qızı 9 aylıq hamiləlik sancıları ilə İmişli doğum evinə yerləşdirilib.

    Doğuş prosesində halı pisləşən 42 yaşlı qadın doğuş stolunda uşaq dünyaya gətirmədən ölüb.

    Faktla bağlı araşdırma aparılır.