Azərbaycan UEFA-nın klub reytinqində 26-cı pillədəki yerini qoruyub.

Metbuat.az xəbər verir ki, ölkənin hesabında hazırda 21,937 əmsal var.

“Qarabağ”ın “Tvente” üzərində 1:0 hesablı qələbəsi Azərbaycanın reytinqinə 0,250 əmsal qazandırıb. “Sabah” isə Çempionlar Liqasının pley-off mərhələsində “Hapoel”ə 1:2 hesabı ilə uduzduğu üçün ölkə reytinqinə xal əlavə edə bilməyib.

Sloveniya 22,843 əmsalla 25-ci, Slovakiya isə 20,625 əmsalla 27-ci yerdə qərarlaşıb.

Reytinqə 101,907 əmsalla İngiltərə başçılıq edir.