Astroloqların sözlərinə görə, qarşıdakı dövrdə bəzi bürclər üçün münasibətlərdə, karyerada və şəxsi inkişafda mühüm dəyişikliklər baş verə bilər.

Metbuat.az həmin bürcləri təqdim edir:

Tərəzi: Münasibətlərdə balansın bərpa olunacağı, köhnə anlaşılmazlıqların aradan qalxacağı və yeni əməkdaşlıqlar üçün əlverişli imkanların yaranacağı bildirilir.

Əqrəb: Karyera və şəxsi inkişafda mühüm dəyişikliklərin baş verəcəyi, gözlənilməz imkanların ortaya çıxacağı və maliyyə məsələlərində strateji qərarların önəm qazanacağı qeyd olunur.

Oxatan: Səyahət, təhsil və yeni layihələrlə bağlı planların sürətlənəcəyi, enerjini konkret bir məqsədə yönəltməyin isə daha böyük uğur gətirəcəyi bildirilir.