“Qalatasaray”ın futbolçusu Aleksey Batrakov Avropanın nəhəng klublarının diqqətini cəlb edib.
Metbuat.az xəbər verir ki, Çempionlar Liqasında vurduğu iki qolla yanaşı, “Fənərbaxça” ilə derbidə də fərqlənən rusiyalı futbolçu ilə “Barselona” yaxından maraqlanır. “Sport” nəşrinin məlumatına görə, Kataloniya təmsilçisinin skautları İstanbulda keçirilən qarşılaşmada Batrakovu izləyiblər. Bildirilir ki, klubun nümayəndələri gənc futbolçunun inkişafını təxminən iki ildir diqqətdə saxlayırlar. Batrakovun müqaviləsində 55 milyon avroluq sərbəstqalma məbləği yer alır. “Barselona” ilə yanaşı, PSJ, “Çelsi” və “Mançester Yunayted” də rusiyalı oyunçuya maraq göstərir.