ANS PRESS-in məlumatına görə, 35 yaşlı əslən braziliyadan olan Vivian Cunha, Braziliyanın keçmiş nümayəndəsi Raquel Ferreira Azərbaycanla mübarizəyə başçılıq edir. V.Cunha və tərəfdarı Zinaida Lyubimova Bakı 2015-də çimərlik voleybolu üzrə əsas iddiaçılardan biri kimi elan ediliblər. Buna səbəb onların Avropa Voleybol Konfederasiyasının Qitə Kubokunun son iki raundunda qələbə qazanaraq podiuma çıxması və Şərqi Avropa Voleybol Asossiasiyası yarışlarının hamısında ilk beşlikdə qərarlaşmalarıdır.
Moskvada Eevza Zonasında keçirilmiş oyunlar öncəsi final turnirində azərbaycanlı voleybolçular Ferreira və tərəfdarı Luliya Kərimova, həmyerlilərini az fərqlə üçüncü yerə çıxardaraq irəliləyiş əldə ediblər.
Dünya turnirində peşəkar idmançı kimi 12 illik təcrübəyə sahib voleybolçu Cunha hər zaman uğurlar əldə edərək adını doğruldur. Onun fikrincə braziliyalılar favorit olmağı sevirlər. Bu isə idmançını daha da gücləndirir və enerji verir.
27 yaşlı voleybolçu Lyubimovanın nisbətən az təcrübəyə maik olduğunu deyən Cunha hesab edir ki, təcrübəsi az olan idmançılar fərqli təzyiqlə üzləşə bilərlər. Lakin buna baxmayaraq o, Lyubimovanın oyun meydanında kapitan olmasını dəstəkləyir və oyunlarda hər zaman yarışlarda dəstəyini əsirgəmir. Bunu, gənc idmançı Lyubimova belə izah edir: "Cunha hər zaman çətin vəziyyətlərdə mənə nə demək lazım olduğunu bilir. Beləliklə, mənim düşünməyimə ehtiyac qalmır. O, sadəcə, et, deyir və bundan sonra ağlınızda heç bir şübhə və qarışıqlıq yaranmır."
"Bakı-2015" ilk Avropa Oyunlarında keçiriləcək çimərlik voleybolu yarışlarında Niderland, İtaliya, Finlandiya və İspaniyanın medal iddiaçıları mübarizə aparacaq. Buna baxmayaraq ən çox diqqət ev sahibliyini edən ölkəyə yönəlib. Azərbaycanın güclü komanda olduğunu deyən ispaniyalı voleybolçu Paula Sofia Qutierrez bu barədə deyib: "Bir həftə yaxşı oynayırıq, digər həftə isə daha fərqli ola bilər. İlk komanda olan Azərbaycan çox güclüdür. Biz bu il Moskvada və Lütserndə onlara qarşı mübarizə apardıq. İlk oyunda qalib gəldik, ikincidə isə məğlub olduq."
Çimərlik voleybolunda güclü mübarizə, bir sözlə, Azərbaycan komandası üçün "Rio-2016"ya gedən yol iyunun 16-dan başlayır.