Bakı-2015 I Avropa Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, xanım idmançılar bu gün 4 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparacaq.
Qadın güləşi
48 kq
Bu çəki dərəcəsində Azərbaycanı yığmamızın lideri Mariya Stadnik təmsil edir. Təsnifat mərhələsindən azad olan dünya və dördqat Avropa çempionu mübarizəyə 1/8 finaldan başlayıb. Stadnikin ilk görüşdə portuqaliyalı Liliana Kosta dos Santosla güləşib. İdmançımız rəqibinə böyük hesabla qalib gəlib - 12:2. Olimpiya mükavatçımız 1/4 finalda fransalı Julye Sabatyedən də üstün olub. Mariya bu dəfə döyüşü 11:0 hesabı ilə xeyrinə bitirib. Təmslçimiz finala gedən yolda İvona Matkovska (Polşa) ilə gücünü yoxlayıb. Stadnik bu döyüşdən də qalib ayrılıb - 8:2.
Dünya çempionumuz həlledici görüşdə bolqarıstanlı Eltsa Yankova ilə güləşib. Stadnik döyüşü vaxtından əvvəl bitirərək (12:1), çempion adına layiq görülüb. Bu yığmamızın yarışda 7-ci qızıl medalı, ümumilikdə isə 15-ci mükafatı olub.
55 kq
Azərbaycan güləşçisi Natalya Sinişin də mübarizəyə 1/8 finaldan başlayıb. 29 yaşı idmançımızın 1/4 finala vəsiqə uğrunda italiyalı Patrisiya Liuzzi ilə görüşüb. Döyüş təmsilçimiz üçün asan alınıb və Sinişin vaxtından əvvəl təmiz qələbə qazanıb (10:0). Güləşçimiz 1/4 finalda Bediha Günlə (Türkiyə) üz-üzə gəlib və bu rəqibə də böyük güc sərf etməyib. O, yenə görüşü vaxtından əvvəl bitirib - 12:0. Natalya yarıımfinalda Sofia Mattssonla (İsveç) qüvvəsini sınayıb. Lakin milliləşdirilmiş legionerimiz uğurun davamını gətirə bilməyib. İdmançımız 5:6 hesabı ilə uduzaraq, həlledici görüşə yüksələ bilməyib.
Buna baxmayaraq, o bürünc medal uğrunda çıxışını davam etdirəcək. Sinişin saat 19:28-də Tatyana Kitlə (Almaniya) güləşəcək.